ABŞ-da yol qəzası - 6 nəfər öldü

7 Yanvar 2019 09:08 (UTC+04:00)

Onlardan 5-i bir ailənin üzvləri olub.

Hadisə Leksinqton şəhərində yerli vaxtla saat 02:30-da baş verib. Əks istiqamətdə hərəkət edən ağ pikap 3 uşağı olan ailənin avtomobili ilə toqquşub. Nəticədə maşın yanıb.

Hadisə nəticəsində pikapın sürücüsü də həlak olub.(trend.az)

© AzNews.az