İraqda növbəti terror - Ölən var

7 Yanvar 2019 09:20 (UTC+04:00)

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Xəbərdə bildirilir ki, partlayıcı qurğuların İŞİD terrorçuları tərəfindən işə salındığı ehtimal edilir.

İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Məcid "Anadolu"ya bildirib ki, partlayıcı qurğulardan biri Kərkük şəhərindən şimal-qərbdəki Hübeydə kəndində işə salınıb. Partlayış ərazidən mülki şəxslərin olduğu avtomobil keçərkən törədilib. Nəticədə 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

İkinci partlayış isə Zap qəsəbəsində törədilib. Nəticədə 6 nəfər yaralanıb. Ərazidə terrorçuların tapılması məqsədilə iri miqyaslı əməliyyata başlanılıb.

Daha əvvəl İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib.(report.az)

© AzNews.az