İndoneziya sahillərində güclü zəlzələ

7 Yanvar 2019 10:01 (UTC+04:00)

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Geoloji Xidmət əvvəlcə zəlzələnin 7 bal gücündə olduğunu bildirib.

Yeraltı təkanların episentri Şimali Maluku əyalətinin Tobelo şəhərindən 151 kilometr qərbdə, ocağı 60,6 kilometr dərinlikdə yerləşib. Bunun ardınca həmin ərazidə dörd saat ərzində 4,7-dən 5,2 baladək gücündə daha yeddi təkan qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.(AZƏRTAC)

© AzNews.az