İslam Partiyası Taleh Bağırovun müdafiəsinə qalxacaq
16 Aprel 2013 15:34 (UTC+04:00)
"İslam Partiyası Taleh Bağırovun saxta ittihamla həbs olunmasını yolverilməz sayır və onun müdafiəsi üçün çalışacaq"
Aprelin 16-da "Media forum"a danışan partiya sədrinin müavini Rövşən Əhmədli belə deyib. O qeyd edib ki, İslam Partiyası Azərbaycanda haqsız yerə həbs olunmuş bütün insanları müdafiə edir: "O cümlədən gözəl ilahiyyatçı alimimiz Taleh Bağırovun da müdafiə komitəsinə qoşulacağıq. Komitə ilə müzakirə apararaq müvafiq addımlar atacağıq".
Taleh Bağırov martın 31-də tutulub. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.
Aprelin 12-də Taleh Bağırovun hüquqlarını müdafiə komitəsinin təşəbbüs qrupu adından müraciət yayılıb. Müraciətdə siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Taleh Bağırov müdafiəsinə qoşulmağa dəvət edilib.
AzNews.az