İcra başçısının birinci müavininin otağından oğurluğa cəhd olub

7 Yanvar 2019 11:02 (UTC+04:00)

Naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.

Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlı Kənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(report.az)

© AzNews.az