Macarların əksəriyyəti niyə köhnə maşın alır?

7 Yanvar 2019 11:50 (UTC+04:00)

Eyni zamanda, adamların əksəriyyəti köhnə avtomobil axtarır. Ucuz avtomobillər kateqoriyasında "Suzuki Swift” və “Ford Focus” kimi modellər daha populyardır.

2018-ci ilin ilk üç rübü ərzində 104.617 yeni avtomobil satılıb. Bu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 26,5 faiz çoxdur.

Köhnə avtomobillərin idxalı 4 faiz artıb. Sentyabrın sonuna qədər 573.722 köhnə avtomobil yeni sahibini tapıb.

Bu, 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,7 faiz çoxdur. Beləliklə, ölkədə ən iri avtomobil bazarı işlədilmiş avtomobillər bazarıdır.(AZƏRTAC)

© AzNews.az