Aktyor Rəhman Rəhmanovun oğlunu “O səs Türkiyə”dən qovdular - “Səbəbkar Elgiz Əkbərdir...”

7 Yanvar 2019 11:54 (UTC+04:00)

Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanoğlu “O səs Türkiyə”dən qovulub.

AzNews.az xəbər verir ki, bu barədə o, “Hər şey daxil” proqramında deyib. O, bunun səbəbini müsabiqənin şərtlərini pozduğu ilə əlaqələndirib.

Aparıcı Tarix Əliyev (Tolik) Emilin müsabiqədən qovulmasına həmkarı Elgiz Əkbərin səbəb olduğunu deyib:

“Emili istəməyənlərdən biri verilişdən onun dediyi fikirləri "O səs Türkiyə" təşkilatçılarına göndərib. Onlar da Emili oradan uzaqlaşdırıblar, biləsiniz. Məndə səs yazısı var" - deyə, bildirib.

Qeyd edək ki, Emil Rəhmanoğlu bundan öncə ARB-nin “Səhər-səhər” verilişində qonaq olub.

Bahar RÜSTƏMLİ
AzNews.az