Vasif Məhərrəmli: Bizim kişilər sevgilisinin yanında rahat olur - VİDEO

7 Yanvar 2019 12:01 (UTC+04:00)

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artist Vasif Məhərrəmli olub.

Əməkdar artist kişlərin həyat yoldaşlarına olan xəyanətindən danışıb:

“Bu aktual mövzudur. Bizdə çalışırlar kişilər xəyanətin altından çıxsınlar, boyunlarına almasınlar. Zaman-zaman tutulub ilişirlər. Amma bir şey var ki, Azərbaycan xanımları uşaqların və ailənin naminə kişilərin səhv addımlarına göz yumurlar. Buna görə də əhsən bizim Azərbaycan xanımlara. Bizim adət-ənənələrimiz o qədər mükəmməldir ki, tam səmimi deyirəm ki, evdə xanımla rəftar tamam fərqlidir. Uşaqla, ailə ilə kişinin bir yox, bir neçə pərdəsi olur. Amma bizim kişilərimiz sevgili yanında rahat olurlar”.

AzNews.az