Əfqanıstanda 13 polis və hərbçi öldürüldü

7 Yanvar 2019 12:23 (UTC+04:00)

1TV telekanalının yaydığı məlumata görə, silahlılar polis və ordu postlarına hücum ediblər. Nəticədə 10 polis əməkdaşı və 3 hərbi qulluqçu həyatını itirib. Toqquşmaların gedişində, həmçinin taliblər də itkiyə məruz qalıblar. Belə ki, 15 silahlı zərərsizləşdirilib.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçulara qarşı birgə əməliyyatlar keçirirlər.(AZƏRTAC)

© AzNews.az