İlk səudiyyəli xanım bələdçilər bu ay işə çıxır

7 Yanvar 2019 12:57 (UTC+04:00)

“Saudi Gazette” xəbər verir ki, şirkətin təşkil etdiyi xüsusi kursların ilk xanım müdavimləri artıq işə çıxmağa hazırdırlar. Yaxın iki il ərzində dövlət aviaşirkəti cəmi 300 təyyarə bələdçisi hazırlamağı nəzərdə tutur.

Şirkətin yaydığı məlumata görə, xanım bələdçilərin geyimi “Səudiyyə Ərəbistanının adət-ənənələrinə uyğun” olacaq. Bu vəzifəyə yiyələnmək istəyənlərin tam orta təhsilli, “beynəlxalq aviasiya standartlarına uyğun” boy və çəkiyə malik olmalı, ingilis dilini bilməlidir.(report.az)

© AzNews.az