Polis tapdığı 100 mini sahibinə qaytardı

7 Yanvar 2019 13:14 (UTC+04:00)

Bankdan böyük məbləğdə pul götürən Yakutsk sakini evə çatdıqda vəsaitin gödəkcənin cibindən düşdüyünü aşkar edib.

İtən pul vəsaitini tapan sahə polisi Leonid Lebedev bu barədə növbətçi hissəyə xəbər verib, həmçinin sosial şəbəkələrdə elan yerləşdirib. Pulun sahibini sosial şəbəkələr vasitəsilə tapmaq mümkün olub.(AZƏRTAC)

© AzNews.az