Rusiyada azərbaycanlılar arasında kütləvi dava
16 Aprel 2013 16:01 (UTC+04:00)
Penzedə "Severnıy polyana" bazarında 53 nəfər azərbaycanlının iştirakı ilə kütləvi dava baş verib.
Dava zamanı travmatik tapançalardan da istifadə olunub.
Penze vilayətinin daxili işlər idarəsinin rəsmisi Rafael Yanbulatovun sözlərinə görə, davada iştirak edən 53 nəfər polis tərəfindən saxlanılıb.
Hazırda araşdırma aparılır.
Hüquq mühafizə orqanlarının məlumatına görə, iki nəfər azərbaycanlının pul üstündə mübahisəsi düşüb. Onlardan biri travmatik silah çıxararaq göyə atəş açıb. Güllə maneəyə dəyərək başqa bir azərbaycanlıya dəyib və onu yaralayıb/milli.az/
AzNews.az