Sibel Can Bakıda 300 manata oxuyacaq

7 Yanvar 2019 14:01 (UTC+04:00)

Türkiyənin tanınmış sənətçisi Sibel Can Bakıya gəlir.

AzNews.az xəbər verir ki, bu barədə prodüsser Tarıx Əliyev (Tolik) məlumat yayıb. O, bildirib ki, sənətçi 8 mart Beynəlxalq Qadınlar Bayramında Bakı Konres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Sibel Canın Bakı konsertinin biletlərinin qiyməti 20 manatdan 300 manatadək dəyişir.

Bahar RÜSTƏMLİ
AzNews.az