Nazirin müavinləri ixtisar olunub? - XİN aydınlıq gətirdi

7 Yanvar 2019 15:18 (UTC+04:00)

Həmin postun ləğv edildiyi barədə məlumatlar da yayılıb. O zaman Xarici İşlər Nazirliyindəki (XİN) nazir müavini vəzifələrindən birinin ixtisar olunduğunu söyləmək olarmı?

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə sual ünvanladıq. XİN-mətbuat xidmətindən saytımıza verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib:

“Hazırda Xarici İşlər Nazirliyinə hansısa diplomatın yeni nazir müavini gətirilib-gətirilməyəcəyi barədə bir söz deyə bilmərik. Çünki nazirlikdə konkret hansısa post olmur. Məsələn, sonuncu dəfə Ramiz Həsənov nazir müavini təyin olunub. Ona görə də daimi nazir müavini postu yoxdur. Həmçinin bildirək ki, nazir müavinləri prezidentin sərəncamı ilə təyin olunur. Sadəcə, Xələf Xələfov nazir müavini postundan geri çağırılandan sonra yeni nazir müavininin təyin olunub-olunmaması rəhbərliyin verəcəyi qərardır. Əlavə nəsə demək olmaz”.

Qeyd edək ki, Xələf Xələfov ötən ilin dekabrından xarici işlər nazirinin müavini postundan azad olunaraq, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Xələf Xələfov Xarici İşlər Nazirliyindən çıxarılmayanadək nazir Elmar Məmmədyarovun 6 müavini vardı. Hazırda isə Elmar Məmmədyarovun 5 müavini qalır: Araz Əzimov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev, Nadir Hüseynov və Ramiz Həsənov.(modern.az)

© AzNews.az