ABŞ-dan İsrailə böyük vəd

7 Yanvar 2019 16:15 (UTC+04:00)

Birləşmiş Ştatlar prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton və İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə görüş keçirib.

Bu barədə Sputnik Azərbaycan "Gazeta.ru"ya istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətləri və Suriyadakı vəziyyəti müzakirə ediblər. Görüş zamanı Bolton Netanyahunu əmin edib ki, Birləşmiş Ştatlar İsraili müdafiə etməyə hazırdır.

Trampın müşaviri, eyni zamanda qeyd edib ki, rəsmi Vaşinqton Suriya ərazisində İŞİD terror qruplaşmasının yenidən meydana gəlməsinə imkan verməyəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ İsrailin Suriyaya zərbələrini dəstəkləyəcəyini bildirmişdi.

© AzNews.az