Batan gəmidə olan azərbaycanlılardan xəbər var

7 Yanvar 2019 17:09 (UTC+04:00)

Gəminin batdığına dair siqnal alınandan dərhal sonra xilasetmə əməliyyatlarına başlanılıb. Məlumata görə, xilasetmə əməliyyatı zamanı gəmidəki 13 nəfərlik heyətdən 7-si sağ qurtarılıb. Son olaraq açıqlanan qeyri-rəsmi məlumatda isə 6 nəfərin meyitinin tapıldığı bildirilib. Ekipaj üzvləri sırasında yer alan vətəndaşlarımız adını dəqiqləşdirmək üçün türkiyəli həmkarlarımızla əlaqə saxladıq.

Onlar Sputnik Azərbaycan-a ekipajda yer alanların adlarını açıqlayıb:

İsmayılov Turqut – Azərbaycan

İbrahimov Məmmədəli – Azərbaycan

Bodnik Ruslan - Ukrayna

Vyazovsky Rostyslav - Ukrayna

Shevçuk Stanislav - Ukrayna

Krepets Dmitro – Ukrayna

Ovdlilenko Volodimitr - Ukrayna

Milniçenko Pavlo - Ukrayna

Herasçenko Oleh - Ukrayna

Ilçenko Yevgeni - Ukrayna

Yatsenko Yevgen - Ukrayna

Skaçko Denys-Ukrayna

Budko Tetiana – Ukrayna

Son əldə etdiyimiz məlumata görə, ölənlərdən biri İsmayılov Turqut adlı azərbaycanlı olub. Lakin digər azərbaycanlı, İbrahimov Məmmədəlinin xəstəxanaya yatırılaraq həyatının xilas edildiyi bildirilir.

© AzNews.az