Korrida İspaniyada qalacaqmı?

7 Yanvar 2019 17:20 (UTC+04:00)

Tamaşaçıların özlərinin laqeydliyindən başqa kənardan heç bir irad (məsələn, heyvanların müdafiəçiləri tərəfindən) ənənəvi ispan tamaşası üçün qorxulu deyil. İndi baş rolda əvvəlki kimi öküz deyil, daha çox aktyora çevrilən toreador oynayır. Bu səbəbdən də hazırda korrida daha darıxdırıcı, daha az cəlbedici olub.

2018-ci il ümumilikdə, korridanın tərəfdarları üçün həyəcanlı notlarla başa çatsa da, nikbinliyə əsas verən yeniliklər də olub:

-Konstitusiya Məhkəməsi Balear adalarında korridanın qadağan edilməsi ilə bağlı qəbul olunmuş qanunu ləğv edib.

-Pako Urenya zədədən sonra öz peşəsinə qayıtdığını bəyan edib. O, 2018-ci il sentyabrın 14-də Albasetedəki bayram tədbirlərində öküzün zərbəsi nəticəsində sol gözünü itirib.

-İspaniyanın mədəniyyət naziri bəyan edib ki, hökumət korrida və öküzlərin iştirakı ilə bir sıra tədbirləri qadağan etmək fikrində deyil.

Siyasi partiyalar da öküzlərlə bağlı mövzulara xalq mədəniyyətinin təcəssümü kimi müəyyən maraq göstərirlər.

-Sevilyada aprel yarmarkasında gənc Roka Reyin məğrur çıxışı, “Orgullito” ləqəbli öküzün əfvi və El Xulun qələbəsi. Həmçinin kədərli anlar - qəhrəman Xuan Xose Padil və digərləri ilə vidalaşma.

İspan tavromaxiyasının gələcəyinin necə olacağını isə yalnız zaman göstərəcək.(AZƏRTAC)

© AzNews.az