İranda qum qasırğası - 43 nəfər xəstəxanalıq oldu

7 Yanvar 2019 17:27 (UTC+04:00)

İranın Kirman vilayətinin şərqində baş verən güclü qum qasırğası nəticəsində indiyədək 43 nəfər tibb məntəqələrinə müraciət edib.

Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib ki, hazırda 120 kənd qum qasırğasının mühasirəsindədir.

Qasırğa həmçinin tranzit yolda hərəkətin ləngiməsinə səbəb olub.(trend.az)

© AzNews.az