Keçən il dünyada 1,3 milyon insan vərəmdən ölüb

7 Yanvar 2019 17:41 (UTC+04:00)

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında məlumat verilib.

Belə ki, həmin müddətdə, təxminən, 10 milyon insan vərəmə yoluxub. Həmin şəxslərdən 3,2 milyonu qadın, 1 milyonu uşaq olub. Bundan başqa, vərəmə yoluxanların 90 faizi 15 yaşdan yuxarı olub. Bu xəstəlik ən çox Afrika və Asiyada müşahidə edilib.

Eyni zamanda xəstəliyin müalicəsi üçün antibiotiklərdən istifadə edənlərin sayı 558 min nəfər olub.(report.az)

© AzNews.az