"Ferrari"nin rəhbəri dəyişir

7 Yanvar 2019 18:15 (UTC+04:00)

“Formula 1” üzrə dünya çempionatının iştirakçısı İtaliyanın “Ferrari” komandasının rəhbərliyində dəyişiklik ola bilər.

İdarə Heyətinin sədri Con Elkann Mauritsio Arrivabeneni komandanın rəhbəri vəzifəsindən uzaqlaşdırmaqla bağlı qərar qəbul edib. Onun “Formula 1”in texniki direktoru Mattia Binotto ilə əvəzlənəcəyi bildirilir.

Ötən yay M.Arrivabene ilə M.Binottonun münasibətlərinin yaxşı olmadığına dair xəbərlər yayılsa da, birinci bunu təkzib edib.

“Ferrari” indiyə qədər 15 dəfə (1952, 1953, 1956, 1958, 1961, 1964, 1975, 1977, 1979, 2000, 2001, 2002, 2003, 2004, 2007) dünya çempionu olub, 16 dəfə isə (1961, 1964, 1975, 1976, 1977, 1979, 1982, 1983, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2007, 2008) Konstruktorlar Kubokunu qazanıb.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək. (report)

AzNews.az