Pike Messiyə klubunun səhmdarı olmağını təklif etdi

7 Yanvar 2019 20:38 (UTC+04:00)

İspaniyanın "Andorra" klubunun sahibi olan "Barselona"nın futbolçusu Jerard Pike komanda yoldaşı Lionel Messinin klubunda səhmdar olmağını istəyir.

32 yaşlı müdafiəçinin "Cosmos" şirkəti hazırda layihəyə qatılmaq üçün Messinin nümayəndələri ilə görüşür və tərəflərin razılaşmaya çox yaxın olduqları bildirilir.

Pike Messi vasitəsilə sponsorları cəlb etməklə dünyanın "Andorra" klubuna olan marağını artırmaq niyyətindədir.

Qeyd edək ki, Jerard Pikenin sahibi olduğu "Andorra" klubu İspaniya V divizionunda çıxış edir. (report)

AzNews.az