Məşhur telekanalın rəhbəri istefa verdi

7 Yanvar 2019 20:51 (UTC+04:00)

ABŞ-ın “CBS News” telekanalının prezidenti Devid Rods tutduğu postdan istefa verəcəyini bildirib.

Bu haqda CNN məlumat yayıb.

Onun sözlərinə görə, telekanalın “yüyənini” hazırda baş icraçı prodüser işləyən Süzen Zirinskiyə ötürmək niyyətindədir.

O, martın 1-dən telekanalın baş müşaviri vəzifəsini icra edəcəyini açıqlayıb.

Zirinski prezident təyin olunacağı təqdirdə, ABŞ-ın aparıcı xəbər kanalının tarixinə ilk qadın kimi düşəcək. (oxu.az)

AzNews.az