Avstriyaya yağan güclü qar 3 turisitn ölümünə səbəb olub

7 Yanvar 2019 22:02 (UTC+04:00)

Avstriyada güclü qar və çovğunlu hava üzündən 3 xizəkçi ölüb, daha 4 nəfər isə itkin düşüb.

Ölkənin qərbindəki Forarlberq əyalətində iki nəfər almaniyalı xizəkçi qar uçqununa düşüb, bir nəfər sloveniyalı xizəkçi isə Zalsburq yaxınlığında həlak olub, dörd nəfər turist də itkin düşüb.

Ötən həftənin ortalarından etibarən Avstriyanın şimal və orta bölgələrində 1,5 metrədək, Zalsburq ətrafındakı dağlıq bölgədə isə üç metrədək qar yağıb. Ştiriya əyalətində bir dərədəki kəndlərin iki minədək sakini turistlərlə birgə ətrafdan təcrid olunub. (report)

AzNews.az