Tramp Meksika ilə sərhədə gedəcək

7 Yanvar 2019 22:18 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədə gedəcək.

Bu barədə bazar ertəsi öz "Twitter" səhifəsində Ağ evin mətbuat katibi Sara Sanders yazıb.

"Prezident Tramp cümə axşamı cənub sərhədinə gedəcək, orada milli təhlükəsizlik və humanitar böhran cəbhəsində duranlarla görüşəcək. Daha ətraflı məlumat yaxın vaxtlarda açıqlanacaq", - deyə Sanders bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə divarın betondan yox, poladdan tikilməsi planlaşdırılır.

AzNews.az