Gecə klubuna silahlı hücum - 7 ölü, 1 yaralı

7 Yanvar 2019 23:59 (UTC+04:00)

Meksikanın Playa Del Karmen şəhərində gecə klubuna silahlı basqın olub.

7 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. İnsidentin baş vermə səbəbləri və hadisəni törədənlərin şəxsiyyəti məlum deyil.

Polis gecə klubunun ətrafında ciddi təhlükəsizlik tədbirləri görüb. İstintaq gedir. (qafqazinfo)

AzNews.az