Hollivudun tanınmış aktyoru vəfat etdi

8 Yanvar 2019 08:53 (UTC+04:00)

ABŞ-ın tanınmış aktyoru Robert Rut 83 yaşında Kaliforniyada dünyasını dəyişib. Bu haqda informasiyanı onun oğlu Monti yayıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Montinin sözlərinə görə, Rutun sağlamlıq durumu ağ ciyər iltihabından sonra pisləşib və dünyasını dəyişib.

Robert Rut Hollivudda daha çox kriminal filmlərdə və komediya seriallarında rol alıb.

Babək Göyüş

© AzNews.az