Dünyanın tanınmış onlayn ticarət saytı olan “Amazon” ABŞ-dakı müsəlmanların sərt reaksiyasından sonra üstündə ərəbcə ayələr və “Allah” yazılan hamam üçün ayaqaltılarını satışdan çıxarmağa məcbur olub.
AzNews.az xəbər verir ki, həmin ayaqaltıların satışdan çıxarılması üçün “Change.org” saytında başladılan kampaniyada 73 min imza toplanılıb.
Qeyd edək ki, Amazon şirkəti 2016-cı ildə də ərəbcə yazıları olan ayaqaltıları İngiltərədə satışa çıxardığı üçün tənqid edilmişdi.
Pərvanə Ağazadə
AzNews.az