Ərdoğan Maduroya zəng etdi

8 Yanvar 2019 09:35 (UTC+04:00)

Türkiyə mediası xəbər verir ki, tərəflər telefon danışığı zamanı ölkələr arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin andiçmə mərasimində sıx iş qrafiki səbəbindən iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.

T.Ərdoğan əlavə edib ki, Türkiyəni mərasimdə ölkənin vitse-prezidenti Fuat Oktay təmsil edəcək.

Türkiyə lideri həmçinin vurğulayıb ki, Türkiyə Venesuelada sabitlik, sülh və rifahın təmin edilməsinə böyük əhəmiyyət verir.(modern.az)

© AzNews.az