Bakıda direktor ürəktutmadan vəfat etdi

8 Yanvar 2019 10:02 (UTC+04:00)

Paytaxtda fəaliyyət göstərən Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyev dünyasını dəyişib.

Məktəbdən bildirilib ki, N.Xudiyev 62 yaşında evində ürəktutmadan vəfat edib.

Xatırladaq ki, o, jurnalist İlham Cəmiloğlunun böyük qardaşı idi.(report.az)

© AzNews.az