Hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 37-də qeydə alınıb.
AzNews.az-ın məlumatına görə, həmin ünvanda yaşayan Vüsalə İsa qızı Məmmədova rayon polis idarəsinə şikayət edərək bildirib ki, ailə üzvləri ilə evdə olmadıqları müddətdə mənzilindən 25 min manat pul, 10 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, əl-barmaq izlərinin nümunələrini götürüblər.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Azər
AzNews.az