Sabirabadda silahlı şəxslər tutuldu

8 Yanvar 2019 10:23 (UTC+04:00)

Sabirabad rayonunda qanunsuz saxlanılan silah aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri nəticəsində Sabirabad rayonu Əlilləmbəyli kənd sakini Amil Mirzəyev qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “İJ” markalı ov silahı və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

Qaragüney PB-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Rəşad Əliyevdən 1 ədəd “İJ” markalı ov silahı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzNews.az