Arsen Venger Qətər millisinə rəhbərlik edə bilər

8 Yanvar 2019 10:42 (UTC+04:00)

“France Football” xəbər verir ki, yerli federasiya 70 yaşlı fransalı mütəxəssisdən yığmanı Qətərin 2022-ci ildə ev sahibliyi edəcəyi dünya çempionatına hazırlamasını istəyir. Hazırda o, baş məşqçi postuna əsas namizəddir.

Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Venger bu müddətdə London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Təcrübəli mütəxəssis eyni zamanda, 7 dəfə İngiltərə Kubokunu və eyni sayda ölkə Super Kubokunu qazanıb.(report.az)

© AzNews.az