Bakıda 21 yaşlı gənc bıçaqlandı

8 Yanvar 2019 11:08 (UTC+04:00)

Qanlı hadisə gecə saatlarında Səbail rayonunun Daglar küçəsində baş verib.

AzNews.az-ın məlumatına görə, 21 yaşlı Paşayev Masum Yaşar oğlu bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Bir bıçaq xəsarəti alan yaralının vəziyyətinin həkimlər orta-ağır kimi qiymətləndirirlər.

Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları xəstəxanada olublar. İlkin dinidrmələr zamanı yaralı yıxılaraq xəsarət aldığını deyib. Hazırda M.Paşayevin xəsarət almasının səbəbləri araşdırılır.

Azər
AzNews.az