Maynts “dizelsiz şəhər” ola bilər

8 Yanvar 2019 11:09 (UTC+04:00)

Şəhərin inzibati məhkəməsi ekoloq fəalların iddiası əsasında müvafiq verdikt çıxarıb.

Federal kansler dəftərxanasının rəhbəri Helge Braunun sözlərinə görə, hökumət “Ətraf mühitin müxtəlif zərərli təsirlərdən qorunması haqqında” və “Yol hərəkəti haqqında” qanunlara düzəlişlər etməyə hazırlaşır. Təklif olunan dəyişikliklərə əsasən, bu cür qadağa yalnız havada azot-dioksid maddəsinin orta illik konsertrasiyası hər kubmetr üçün 50 mikroqramdan çox olan şəhərlərdə tətbiq edilə bilər.(AZƏRTAC)

© AzNews.az