Dostunun həyat yoldaşına “gülüm” dedi - Başı kəsildi

8 Yanvar 2019 11:10 (UTC+04:00)

Xəbər verildiyi kimi 10 dekabr 2017-ci ildə Türkiyənin Nigde şəhərində Mehmet Emre Korkmaz adlı bir nəfər evində dostu ilə çıxan mübahisə zamanı onun başını kəsərək öldürüb.

Dünən isə Mehmetə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəməyə çıxarılan Mehmet Emre Korkmaz “Evdə birlikdə içki içirdik. Narkotik də qəbul etdik. Həyat yoldaşıma "bunu doldurarsan, gülüm?" dedi. Gözümün önündə həyat yoldaşıma sataşdı. Niyyətim onu öldürmək deyildi. Məni təhdid etdi, öldürdüm. Sonra isə polisə təslim oldum” deyə izahat verib.

Məhkəmə “qəsdən adam öldürmə” cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzası, daşıdığı bıçaq üçün isə min lirə pul cəzası verib.

Nigar CƏFƏR

AzNews.az