Karateçilərimiz hazırlıqlara başladılar

8 Yanvar 2019 11:22 (UTC+04:00)

Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb.

AzNews.az xəbər verir ki, mövsümün ilk təlim-məşqləri 21 yanvarda başa çatacaq. Karateçilərimiz 23 yanvarda Fransaya, Karate1 Paris Premyer Liqasına yola düşəcəklər. Ilboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri də daxil olmaqla, bü rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.

Səidə Nurməmmədli
AzNews.az