Divar ABŞ-ı ikiyə böldü – Keçmiş prezidentlər Trampa qarşı

8 Yanvar 2019 11:27 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın ABŞ-Meksika sərhədində inşa etdirmək istədiyi divar indi də Tramp ilə keçmiş rəhbərləri qarşı-qarşıya gətirib.

AzNews.az xəbər verir ki, ABŞ-da hökumət 22 dekabrdan etibarən bağlıdır. Tramp Meksika divarı üçün lazım olan büdcənin yaradılmadığına görə hökuməti bağlı saxlayır.

Trampın yeni iddiaları ilə bu məsələ daha da böyüyüb. O, bundan əvvəlki rəhbərlərin də Meksika sərhədində divar hörmək istədiyini deyib. Lakin ABŞ-a bir vaxtlar rəhbərlik edən Barak Obama, Bill Klinton, Corc Buş və Cimmi Karter Trampın dediklərinin yalan olduğunu bildirib.

Dörd prezident də heç vaxt belə bir niyyətləri olmadığını deyib. Hökumətin bağlı olduğu ABŞ-da bir çox sahələrdə çətinliklər yaradıb.

Havalimanı işçiləri hökumətin bağlı olduğu üçün maaş ala bilmədiklərini və aksiya keçirmək qərarına gəldiklərini deyib.

Müqavilənin şərtlərinə görə onlar hökumət bağlı olsa belə işləməlidirlər. Ölkənin Con F.Kennedi Beynəlxalq Hava limanı kimi yerlərində səyahət xaosu yaşanır.

Eyni zamanda ölkədə hökumət bağlı olduğu üçün zibillər də yığılmır. Beynəlxalq parkların da bağlı olduğu bölgədə müsəlmanlar könüllü olaraq zibilləri yığmağa qərar veriblər. Onlar Vaşinqton, Filadelfiya və Florida ştatlarında ətraf mühitin təmizliyi sahəsində aktiv rol oynayırlar.

Yaşları 15-40 arası olan qruplar bunun sayəsində İslam dininə qarşı olan önyarğını qırdıqlarını deyirlər.

Digər tərəfdən Tramp divar büdcəsi üçün son dərəcə qərarlı görünür. O, lazım olan fond yaradılana qədər hökumətin illərlə bağlı qala biləcəyini də deyib. Hökumətin nə vaxt açılacağına dair hər hansı bir təxmin yoxdur.

Pərvanə Ağazadə

AzNews.az