İslamdan imtina edən qızı ailəsi edamla təhdid etdi

8 Yanvar 2019 11:29 (UTC+04:00)

“BBC Russian” agentliyi xəbər verir ki, yerli miqrasiya polisinin rəisi ailəsinin yaşadığı Küveytə təyyarə ilə qayıtmalı olan Raxaf Məhəmməd Kunun təhlükəsizliyindən narahat olduqlarını açıqlayıb.

Dünən qız təyyarəyə minməkdən imtina edib və hotel nömrəsində qalıb.

O bildirib ki, əgər geri qayıtsa, İslamdan imtina etdiyi üçün ailəsi tərəfindən öldürüləcək.

“Mənim həyatım təhlükədədir. Ailə üzvlərim məni ölümlə təhdid edirlər”, - o, “Reuters” agentliyinə açıqlamasında deyib.

Səudiyyə Ərəbistanında İslamdan imtina ən ağır cinayət hesab edilir və edamla cəzalandırılır.(oxu.az)

© AzNews.az