Ankarada ABŞ rəsmiləri ilə kritik görüş

8 Yanvar 2019 13:31 (UTC+04:00)

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında Beştəpə sarayında görüş keçirilib.

Kalınla Boltonun görüşü təxminən 2 saat davam edib.

Məlumata görə, görüş zamanı ABŞ-ın Suriyadan çıxmaq qərarı və İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.(axar.az)

© AzNews.az