Serbiyalı baş məşqçi AFFA-ya “yox” dedi

8 Yanvar 2019 14:08 (UTC+04:00)

Bu barədə Serbiya millisinin çalışdırıcısı Mladen Krstayiç məlumat verib: "Milan Obradoviçə təklif gəlsə də, getməyəcək. O, bundan imtina etdi. Obradoviç Serbiya yığmasında çalışmağa davam edəcək. Onun dəyişdirilməsini tələb etmək, lazım deyil".

Qeyd edək ki, 41 yaşlı mütəxəssis Serbiyanın U-19 yığmasını çalışdırır.(qafqazinfo.az)

© AzNews.az