Ərdoğan Con Boltonla görüşdən imtina etdi

8 Yanvar 2019 14:58 (UTC+04:00)

“Yeniakit” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O bildirib ki, buna səbəb onun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub.

Con Bolton Türkiyəyə səfərdən əvvəl İsraildə olub və bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçiləri həmin bölgədən çıxmayacaq.

O, Ankarada İbrahim Kalın, Türkiyə xarici işlər nazirinin müavini, MİT başçısının müavini ilə görüşüb. Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etdikdən sonra Con Bolton ölkəsinə qayıdıb.(report.az)

© AzNews.az