Kartonla qızın pulunu almaq istədi, nəticəsi bu oldu - FOTO

8 Yanvar 2019 15:15 (UTC+04:00)

Brazilyada Ultimate Fighting Championship (UFC) üzrə qadın döyüşçü Polyana Viana ona hücum etmək istəyən adamı tanınmaz hala salıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı döyüşçü qız evindən çıxarkən ona yaxınlaşan və əlində silah kimi göstərdiyi kartonla telefonunu və pullarını almaq istəyən bir kişini döyüb.

Sonra isə apararaq onu polisə təslim edib.

Kişinin döyüldükdən sonraki halının şəkillərini isə UFC prezidenti Dana White sosial şəbəkədə paylaşıb.

Nigar CƏFƏR

AzNews.az