Məhəmməd Salah ayın ən yaxşı futbolçusu seçildi

8 Yanvar 2019 16:44 (UTC+04:00)

26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə Eden Hazard, Harri Keyn, Rikardo Pereyra, Pol Poqba və Markus Raşfordu qabaqlayıb.

Cari mövsümdə “Liverpul” klubunun heyətində üçüncü futbolçu bu mükafata seçilib. Avqustda Sadio Mane, noyabrda isə Virgil van Diyk ayın ən yaxşı futbolçusu adına layiq görülüblər.

Məhəmməd Salah dekabrda “Liverpul”un heyətində keçirdiyi 7 oyunda 6 qol vurub.(AZƏRTAC)

© AzNews.az