56 tələbə polis bölməsinə aparıldı

17 Aprel 2013 05:25 (UTC+04:00)
İstanbul Universitetinin tələbələri arasında qalmaqal yaşanıb.

Universitetin iki fakültəsinin tələbələri arasında qarşıdurma baş verib. Tələbələrin davasına polis müdaxilə edib. Polisin müdaxiləsi nəticəsində tələbələr davanı dayandırmağa məcbur olub .56 tələbə tutularaq polis bölməsinə aparılıb.

Hadisə nəticəsində bəzi polis məmurlarının və tələbələrin yaralandığı bildirilib.

AzNews.az