Tbilisidə polis əməkdaşı yaralandı

8 Yanvar 2019 19:20 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində patrul polis əməkdaşı yaralanıb.

Hadisə yanvarın 7-də Tbilisi dənizi adlandırılan ərazidə baş verib.

Polis əməkdaşı hadisə baş verən zaman xidməti vəzifə başında olmayıb.

O, xəstəxanaya yerləşdirilib və vəziyyəti sabit qiymətləndirilir.

Hadisənin detalları barədə hələlik məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə istintaq aparır. (report)

AzNews.az