Bu gecə benzin bahalaşır

8 Yanvar 2019 20:32 (UTC+04:00)

Qardaş ölkə Türkiyədə bu gecədən etibarən dizel təxminən 18 kuruş, benzin isə 17 kuruş bahalaşacaq.

Bu barədə EPGİS-in məlumatında deyilib.

Belə ki, Ankarada 5,76 lirəyə satılan dizelin bir litri bundan sonra 5,94-ə satılacaq. Benzin isə 5,94-dən 6.11-ə kimi bahalaşacaq.

İstanbulda isə dizel 5,63 lirədən 5,81-ə kimi yüksələcək. Benzin də öz növbəsində 5,82 ilə 5,99 arasında dəyişəcək.

Qeyd edək ki, sözügedən artım milli valyuta ilə müqayisədə 7-8 qəpik arasında dəyişir. (axar.az)

AzNews.az