"Plastik torbalardan istifadə etməyin!"

8 Yanvar 2019 22:38 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Twitter səhifəsindən açıqlama verib.

AzNew.az xəbər verir ki, o, açıqlamasında “Ətraf mühitin qayğısına qalan bir çox ölkə kimi bizim ölkəmizdə də plastik torbaların ödənişli olmağı gələcəyimiz üçün vacib addımdır. İstifadə müddəti 15 dəqiqə olan bir torbanın təbiətdə yox olması yüz illər çəkir. Okeanlarımız tək istifadəlik plastiklərlə doludur” deyə bildirib.

Əminə Ərdoğan ətraf mühit və şəhərsalma nazirliyini də işarələyərək etdiyi paylaşımda “Bu ətraf mühit hərəkatında iştirak edən bütün fərdlərə təşəkkür edirəm. Hələ ilk həftədən plastikdən istifadə 70 faiz azalıb. Yenidən parça torbalardan istifadə etməyə başlayaq. Plastiki tərk edib, gələcəyimizi qoruyaq” deyib.

Əminə Ərdoğan həmin paylaşımda mövzu ilə bağlı nazirliyin videosuna da yer verib.

Pərvanə Ağazadə

AzNews.az