İngiltərədə Brexit-ə zərbə

9 Yanvar 2019 01:02 (UTC+04:00)

İngilis parlamenti hökumətin Avropa Birliyindən anlaşmasız olaraq ayrılmağının qarşısını almaq üçün qanun dəyişikliyini qəbul edib.

AzNews.az xəbər verir ki, Brexitin qarşısını almaq üçün ana müxalifətin təklif etdiyi qanun dəyişikliyi 303 səs çoxluğu ilə qəbul edilib.

Dəyişikliyə görə, ingilis hökuməti Brexit üçün ayırdığı büdcəni parlamentin icazəsi olmadan istifadə edə bilməyəcək.

Siyasi şərhçilərə görə edilən səs vermə nəticəsində Tereza Meyin gələn həftə parlamentdə səsverməyə qoyulacaq Brexit müqaviləsinin də keçmək şansı azalıb.

Meyin AB ilə noyabr ayında verdiyi qərara görə Brexit anlaşması 15 yanvarda səs verməyə qoyulacaq. Səs verməzdən əvvəl parlamentdə mövzu ilə bağlı keçiriləcək 5 iclasdan ilki bu gün baş tutacaq.

Pərvanə Ağazadə

AzNews.az