Hollivudun məşhur aktyoru Londonda aranı qarışdırdı

9 Yanvar 2019 09:56 (UTC+04:00)

Hollivudun məşhur aktyoru Bruce Williams keçən axşam spirtli içkini çox içdiyi üçün ortalığı qarışdırıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, aktyor Londonun məşhur gecə klubundan çıxarkən kameralara yaxalanıb.

O, şəhərdə keçirilən moda həftəsindən sonra keçirilən “afterparty”də spirtli içki qəbul edib.

63 yaşlı aktyor klubdan iki mühafizəçinin köməyi ilə çıxarılıb, taksiyə mindirilib.

O zaman şəkillərinin çəkildiyini görən aktyor buna etiraz edib.

Nigar CƏFƏR

AzNews.az