Tbilisidə təcili yardım maşını qəza törətdi - Ölən var

9 Yanvar 2019 11:31 (UTC+04:00)

Səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyata götürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.(report.az)

© AzNews.az